Bakı. Trend:
Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) bu il Azərbaycandareal ümumi daxili məhsulun (ÜDM) 3,8% olacağınıproqnozlaşdırır.
Trend xəbərverir ki, bu barədə bankın “Transition Report 2024-2025”hesabatında bildirilib.
AYİB Azərbaycanda orta illik inflyasiyanın bu il 2023-cü ildəki8,8 %-dən 3,5 %-ə qədər azalacağını proqnozlaşdırır.
Bildirilib ki, inflyasiya Mərkəzi Bankın hədəf diapazonuhəddində (4+/-2) qalır.
AYİB gələn il Azərbaycanda real iqtisadi artımın isə 2,7%olacağını proqnozlaşdırır.
Qeyd olunub ki, proqnoz neft və qaz qiymətlərinin dəyişməsinə,həmçinin, regionda geosiyasi qeyri-sabitliyə qarşı çoxhəssasdır.