AZ

Rusiya kəşfiyyatı: ABŞ Ermənistanı tamamilə özünə tabe etmək niyyətindədir

“ABŞ demokratikləşməni tətbiq etməklə respublikanı özünə tabe etmək niyyətindədir”

ABŞ Ermənistanı tamamilə özünə tabe etmək məqsədi güdür. Turkustan.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici Kəşfiyyat Xidməti məlumat yayıb.

Məlumatda bildirilib ki, ABŞ “demokratikləşməni tətbiq etməklə” respublikanı özünə tabe etmək niyyətindədir.

“Onlar Ermənistanda qərbyönlü partiyaları təbliğ etməyə başlayıblar. Planlarına görə, təbliğ etdikləri partiyalar 2026-cı ildə respublikada keçiriləcək seçkilərdə parlamentə daxil olmalıdırlar. Belə qənaətə gəlinib ki, bu partiyalara Ermənistan hökuməti erməni xalqının obyektiv milli maraqlarına, adət-ənənələrinə və dəyərlərinə üstünlük verərsə, ona qarşı çıxılmalıdır”, - deyə kəşfiyyatın məlumatında vurğulanıb.

Bundan əvvəl Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan bildirmişdi ki, Ermənistan hökuməti Donald Trampın prezident seçilməsindən sonra ABŞ-la strateji tərəfdaşlıq üzrə ikitərəfli danışıqları davam etdirməyə ümid edir. O əlavə edib ki, Ermənistan dövlətlərlə strateji dialoqdan strateji tərəfdaşlığa keçməyə çalışacaq. /AYNA/

Seçilən
9
turkustan.az

1Mənbələr