Azərbaycanda kəndlərdə yaşayan gənclər şəhərlərə gəlməyə can atırlar.
XALQ.AZ xəbər verir ki, bunu deputat Jalə Əliyeva Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib.
Bundan başqa, onun sözlərinə görə, vətəndaşlar əlilliyin təyin edilməsi ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi ilə sosial qurumlar arasında yol ölçür: “Amma onlara rədd cavabı verilir. Çox vaxt səbəb kimi arayışın natamam doldurulması göstərilir. Yəni vətəndaşlar əməkdaşın yazdığı arayışa görə rədd cavabı alırlar. Buna görə də əlilliyin təyin olunması ilə prosedurun daha sadə olması vacibdir”.