AZ

Azərbaycanda "Christian Dior"un 4,35 milyon avroluq kapitala malik nümayəndəliyi ləğv edildi

Geyim və moda brendi kimi tanınan “Christian Dior Couture” Azərbaycandakı nümayəndəliyinin ləğv olunduğunu elan edib.

Fins.az-ın məlumatına görə, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzeti xəbər yayıb.

Kreditorlara bildirilib ki, iki ay ərzində tələblərini AZ1095 Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, ev 105 ünvanına təqdim edə bilərlər.

Xatırladaq ki, şirkət Azərbaycanda 2013-cü ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 4 milyon 350 min avro olan “Christian Dior Couture”un qanuni təmsilçisi Vincent Simon Pierre Bernard olub.

Seçilən
3
43
fins.az

10Mənbələr