AZ

Milli Məclisə yeni avtomobillər alındı

"Milli Məclisə xaricdən gələn qonaqların sayı ötən illərlə müqayisədə əhəmiyyətli dərəcədə artıb".

 

Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikası Milli Məclisinin 2025-ci il üçün xərclər smetası"nın müzakirəsi zamanı Milli Məclisin İşlər müdiri Firudin Hacıyev deyib.

 

İşlər müdiri bildirib ki, 2024-cü ilin xərclər smetasında nəzərdə tutulmuş vəsait hesabına 2024-cü ildə deputatların işinin səmərəliliyini artırmaq məqsədilə 2006-2009-cu illərdə plenar iclas salonunda quraşdırılmış kompüterlər planşetlə əvəzlənib:

 

"Bundan başqa Milli Məclisin avtomobil parkının yenilənməsi məqsədilə yeni avtomobillər alınıb. Milli Məclisin maşın zalında, avtoparkda iclas salonlarında tələb olunan təmir işləri bu gün də davam etməkdədir".

 

APA

Tarix: 27 Noyabr 2024, 14:18   
Seçilən
2
36
pravda.az

10Mənbələr