Çempionlar Liqası (ÇL) tarixinin ən böyükhesablı səfər qələbələri açıqlanıb.
İdman.biz xəbər verir ki, İFFHS-in tərtib etdiyi siyahıda 6 və ya daha çox top fərqinin qeydə alındığı matçlar əks olunub.
“Sparta”nın qapısından 6 cavabsız top keçirən “Atletiko” 12-ci belə nəticənin müəllifi olub. İndiyədək üç dəfə qonaqlar 7 qol fərqinə sevinibsə, 9 dəfə bu rəqəm 6-ya bərabər olub.
Yalnız iki komanda – “Liverpul” və “Bavariya” iki dəfə belə qələbə qazanıb. “Şaxtyor” isə siyahıya həm qalib, həm məğlub kimi düşən yeganə komandadır.
Sabah Avropa Liqasında “Qarabağ”ın rəqibi olacaq “Lion”da ÇL-dəki uğuru ilə fərqlənib. Fransa klubu Zaqrebdə “Dinamo”nu 7:1 hesabı ilə məğlub edib.
ÇL-də ən böyükhesablı səfər qələbələri
7 top fərqi
03.11.2010. “Jilina” – “Marsel” – 0:7
21.10.2014. BATE – “Şaxtyor” – 0:7
17.10.2017. “Maribor” – “Liverpul” – 0:7
6 top fərqi
20.10.1993. “Kopenhagen” – “Milan” – 0:6
07.12.2011. “Dinamo” Z – “Lion” – 1:7
21.10.2014. “Roma” – “Bavariya” – 1:7
14.09.2016. “Legiya” – “Borussiya” D – 0:6
21.11.2017. APOEL – “Real” – 0:6
26.11.2019. “Srvena Zvezda” – “Bavariya” – 0:6
03.11.2020. “Şaxtyor” – “Borussiya” M – 0:6
12.10.2022. “Reyncers” – “Liverpul” – 1:7
26.11.2024. “Sparta” – “Atletiko” – 0:6
İdman.biz