Almaniya millisi və “Bayer”in yarımmüdafiəçisi Florian Virts argentinalı ulduz futbolçu Lionel Messinin rekordunu təkrarlayıb.
Apasport.az xəbər verir ki, 21 yaşlı pleymeyker buna UEFA Çempionlar Liqasının əsas mərhələsində Avstriya “Zaltsburq”una 5:0 hesabı ilə qalib gəldikləri V tur oyununda dubl etməklə nail olub.
Virts bununla yaşı 22-dək futbolçular arasında avrokuboklarda 17 qol vuran 2-ci oyunçu olub.
Qeyd edək ki, Florian Virts 2020-ci ildən “Bayer”in formasını geyinir.
“Barselona”dan Pedri və Qavi qərarı
La Liqada ən yaxşı baş məşqçi məlum oldu
Futbolçunun anası hakimi şillələyib - VİDEO
“Real”ın ulduzu ötən mövsümün “ən yaxşı”sı seçildi
İspaniyalı "Barselona"nı "Milan"a dəyişə bilər