Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım Agentliyi (UNRWA) Qəzza zolağında aclığın kritik həddə çatdığını açıqlayıb və təcili atəşkəs çağırışını təkrarlayıb.
Bakıvaxtı.az bu barədə quruma istinadla xəbər verir.
Belə ki, İsrail oktyabrın 7-də baş verən hücumlarda 1200 israillinin öldüyünü, 5132 nəfərin yaralandığını açıqlayıb.
Qəzza zolağında həyata keçirilən hücumlarda təxminən 17 min 492-si uşaq, 11 min 979-u qadın olmaqla 44 min 249 fələstinli ölüb, 104 min 746 nəfər yaralanıb.
Qəzzada vəziyyətin getdikcə pisləşdiyini bildirən və dərhal atəşkəs çağırışı edən BMT-nin agentliyi hər iki tərəfə müharibənin dayandırılması ilə bağlı xəbərdarlıq edib.
Əli Hüseynov