AZ

“Hədəfimiz böyük Türkiyədir” - Ərdoğan

“Biz bütün bu diplomatik gedişləri siyasi kimliyimizlə deyil, hər şeydən əvvəl bu ölkənin, millətin bir üzvü kimi həyata keçiririk”.

Missiya.Az “TRT HABER”ə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan parlamentdə çıxışı zamanı deyib.

O, bildirib ki, biz məzlumların ümidi olan Türkiyə Cümhuriyyətini hər sahədə çiçəkləndirməyə, onu güclü, firavan, hörmətli, uğurlu bir ölkəyə çevirməyə çalışırıq. 

“Hədəfimiz millət, hədəfimiz böyük Türkiyədir. Biz Türkiyə əsrini qurmaqdan haqlı olaraq qürur duyuruq və həyəcanlanırıq. Söz verdik və əhd bağladıq. Sarsılmaz inamla məqsədimizə yönəldik. Allahın lütfü və millətimizin dəstəyi ilə Türkiyə Əsri məqsədimizə mütləq çatacağıq”, - deyə siyasətçi vurğulayıb.

 

Daşqın HəsənovMissiya.Az

Seçilən
5
missiya.az

1Mənbələr