AZ

Livanda mülki əhalinin miqrasiyası başlayıb: “Atəşkəsə baxmayaraq evə qayıtmayın”


7NEWS.az xəbər verir ki, Livanda İsrail və Hizbullah arasında atəşkəs elan edilib. İsrail təhlükəsizlik kabineti atəşkəsi 1 əleyhinə 10 səslə qəbul edib. Atəşkəs xəbəri paytaxt Beyrutda sevinc və coşğu ilə qarşılanıb. Atəşkəs qəbul edildikdən sonra minlərlə mülki köçkün Livanın cənubuna qayıtmağa başlayıb. Evlərinə qayıtmaq üçün yollara çıxan minlərlə livanlı mülki şəxsə xəbərdarlıq edilib. İsrail ordusunun sözçüsü mülki şəxslərə atəşkəsə baxmayaraq cənuba qayıtmamalarını bildirib və "Evlərə təhlükəsiz dönüş tarixi ilə bağlı sizə məlumat verəcəyik" deyib.
Seçilən
36
7news.az

1Mənbələr