AZ

"Maddələrin küçə adları efirlərdən açıq-aydın səsləndirilir" — Psixoloq

"Son illərdə maddə asılılığının bu qədər yayılmasına səbəb bəzi mətbuat insanlarının düzgün informasiyalardan istifadə etməməsidir. Dünya praktikasında məsələ ilə bağlı tədqiqatlar aparılıb. Qorxu alt mətnli çox mesaj verildi, təşviqedici cümlələrdən çox istifadə olundu. Maddələrin küçə adları açıq-aydın efirlərdən səsləndirilir".

Bu sözləri Demokrat.az-a psixoloq Ramin Allahverdiyev deyib.

Daha sonra o bildirib: "Məsələn, dövlətimiz tapşırıq verir ki, narkomaniya ilə mübarizədə tədbirlər həyata keçirilsin. Tapşırığı düzgün yerinə yetirmək mütəxəssislərin üzərinə düşür. Bu prosesdə iş aparan müxəssislər mütləq asılılıqla bağlı düzgün informasiyaya sahib olmalı, təlimlər almalı, təcrübə keçməlidirlər. 

Beyin mexanizmlərini də insanlara başa salmaq lazımdır. İnsanlar bilməlidir ki, şəxs necə asılı hala gəlir. Bununla bağlı akademik işlər görmək lazımdır. "Narkotik öldürəcək", "Narkotik zərərlidir" və.s bu kimi mesajlar şəxsdə günahlandırma mexanizmini ortaya çıxaracaq. Maddə asılılığı olan insana dayanmadan "narkotik səni öldürəcək" deyirik. Həmin adam görür ki, istifadə edir və ölmür. Düşünür ki, yalan şeylərdir, istifadəyə davam edir".

Ramin Allahverdiyev qeyd edib ki, iynə və məzar şəkillərini yan-yana qoymaqla mübarizə aparmaq olmur:

"Həmin adamların düşünən beynini aktivləşdirmək lazımdır. Ailə işi aparmaq lazımdır. Sadəcə o adama fokslanmaq olmaz. Həmin adam maddədən asılıdırsa, valideynləri də ondan asılı hala gəlir. Onlar da dayanmadan düşünür ki, oğlu, yoldaşı nə edir, haradadır. 20 ildir ki, bu işi araşdırıram. Görürəm ki, bəzi mütəxəssislər və mətbuat işçiləri çox yanlış araşdırmalar edirlər. Vətənə, millətə xeyir vermək istəyiriksə, akademik dəyərləndirmələr aparmalıq".


Əfsanə Kamal
Demokrat.az
Seçilən
10
1
demokrat.az

2Mənbələr