Müəllif:Ayşən İmanova/Banco.az
Britaniyanın avtomobil istehsalçısı “Jaguar" yanğın riski ilə bağlı 2 760 "I-Pace" model elektromobilini müştərilərindən geri alacaq.
Banco.az xəbər verir ki, bu barədə "CarsCoops" məlumat yayıb.
Məlumata görə, şirkət geri çağırma kampaniyası zamanı “I-Pace” batareyalarının həddindən artıq qızması ilə bağlı problemi həll edə bilməyib. Bu səbəbdən 2019-cu il istehsalı olan avtomobillər ABŞ-də istismardan çıxarılacaq.