AZ

Türkiyə təhlükəli terrorçunu zərərsizləşdirib

Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) Şimali İraqda keçirdiyi əməliyyat nəticəsində PKK/KSK terror təşkilatı liderlərindən olan Sadiyə Məhəmməd Əhməd zərərsizləşdirilib. Bu barədə Türkiyə təhlükəsizlik güclərindəki mənbələr məlumat verib. Xəbəri “Anadolu” yayıb. 

“Hevi” kod adı ilə tanınan terrorçu Sincar bölgəsində zərərsizləşdirilib. Əhmədin qrupun “kəşfiyyat” strukturunun işinə cavabdeh olduğu müəyyən edilib. O, 2001-ci ildən İraqda terror fəaliyyətləri həyata keçirir.

Prezident Rəcəb Tayyib Ərdoğan bildirib ki, PKK yaraqlılarının Türkiyədə ilk dəfə qanlı cinayət törətdiyi 1984-cü ildən 2020-ci ilin mart ayına qədər 7500 türk təhlükəsizlik qüvvəsi və 6800 dinc sakin bu qanlı təşkilatın əli ilə həlak olub.

ABŞ və Avropa Birliyi PKK-nı terror təşkilatları siyahısına salıb.

Suriyada PKK terrorçuları PYD və YPG adlarının arxasında gizlənir və son iki ildə özlərini “Suriya Demokratik Qüvvələri” adlandırırlar.

İranda PKK Kürdüstanın Azad Həyat Partiyası (PJAK) kimi fəaliyyət göstərir.

P.ƏMİRCANOV
XQ

Seçilən
11
xalqqazeti.az

1Mənbələr