AZ

Azərbaycanlı Elm Adamları Dərnəyinin ilk ümumi iclası keçirilib (FOTO)

Bakı. Trend:

Türkiyədə fəaliyyət göstərən Azərbaycanlı Elm AdamlarıDərnəyinin (ABİD) İstanbulda ilk ümumi iclası keçirilib.

Trendxəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumatyayıb.

Bildirirlib ki, iclas Diasporla İş üzrə Dövlət Komitəsi,Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası (TADEF) və ABİD-ninbirgə təşkilatçılığı ilə baş tutub.

İştirakçılar iclasdan əvvəl İstanbul şəhərinin Sarıyer rayonundayerləşən Heydər Əliyev parkında xalqımızın Ümummilli Lideri, müasirAzərbaycan dövlətinin qurucusu, dahi siyasətçinin abidəsi ziyarətedib, gül dəstələri düzüb.

Azərbaycanın və Türkiyənin Dövlət himnlərinin səsləndirilməsiilə başlayan tədbirdə şəhidlərimizin əziz xatirəsi ehtiramla yadedilib. Sonra Bakı şəhərində uğurla keçirilən BMT-nin İqlimDəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının29-cu sessiyası (COP29) və Azərbaycan Prezidenti İlham ƏliyevinLiderlər Sammitində çıxışı ilə bağlı videoçarx göstərilib.

İclasda Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birincimüavini Valeh Hacıyev, Türkiyə Böyük Millət Məclisinin (TBMM)deputatı, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupununrəhbəri Şamil Ayrım, Bakı Dövlət Universitetinin rektoru ElçinBabayev, Azərbaycan Texniki Universitetinin rektoru VilayətVəliyev, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoruGülçöhrə Məmmədova, Azərbaycan Dövlət Pedaqoji Universitetininrektoru Cəfər Cəfərov, Azərbaycanın Türkiyədəki Səfirliyinin təhsilməsələləri üzrə müşaviri, dosent Nəcibə Nəsibova, Elm və TəhsilNazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət AgentliyininBeynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Müjdət Həsənov, AzərbaycanDövlət İqtisad Universitetinin (UNEC) prorektoru Rövnəq Rzayev,Qarabağ Universitetinin Elm şöbəsinin müdiri Elçin İbrahimov,TADEF-in rəhbəri Adalet Turan, ABİD-in sədri, Türkiyənin BilkentUniversitetinin professoru Əmirulla Məmmədov çıxış edib.

Onlar müxtəlif ölkələrdə yaşayan alimlərimizin bu dərnəyəqoşulmasının ABİD-in gələcək fəaliyyətinə müsbət təsirlərindəndanışıblar. Dünyanın hər bir bölgəsində azərbaycanlı elmadamlarına, mədəniyyət xadimlərinə və həkimlərə rast gəlindiyini vəonların öz sahələri üzrə müəyyən yüksək məqama çatmış şəxsiyyətlərolduğunu bildiriblər. Dünya şöhrətli bu insanların ilk elm ocağınınməhz Azərbaycan olmasını sevindirici məqam kimi vurğulayıblar.

Son 30 il ərzində Azərbaycanın ərazi bütövlüyü uğrunda apardığımübarizəyə toxunan çıxışçılar 44 günlük Vətən müharibəsinəticəsində əldə etdiyimiz şanlı Zəfəri məmnuniyyətləxatırladıblar. Bəzi mənfur qüvvələrin COP29-un Azərbaycandatəşkilinə maneə törətmək cəhdlərinə baxmayaraq, Azərbaycanın həmintədbiri ən yüksək səviyyədə keçirərək öz siyasi, mədəni və bəşərigücünü bir daha dünyaya nümayiş etdirdiyinə diqqət çəkiblər.Ölkəmizin informasiya mübarizəsindən qalib çıxdığını diqqətəsöyləyiblər.

İki gün davam edən iclasda ABİD-in idarə heyətinin və digərstruktur bölmələrinin formalaşdırlması ilə bağlı seçkilərkeçirilib. Növbəti toplantılardan birinin Bakı Dövlət Universitetitərəfindən təşkili, alimlərin Azərbaycanın ali təhsil müəssisələriilə əməkdaşlığı, ortaq seminarların və layihələrin təşkiliməsələləri müzakirə edilib. ABİD adından Azərbaycan RespublikasınınPrezidenti İlham Əliyevə müraciət qəbul olunub.

Xatırladaq ki, ABİD bu ilin aprel ayında İstanbulda qurulub.Dərnəyin qurulmasının əsas məqsədi Qarabağ zəfərindən sonraAzərbaycandakı inkişaf proseslərinə, xüsusilə ölkəmizin elm vətəhsil sahəsinə töhfə vermək, o cümlədən müxtəlif ölkələrdə təhsilalan azərbaycanlıların magistr və ya doktorantura proqramlarınadəstək olacaq bilik bankı formalaşdırmaq, gənclərimizin xaricdəyaşayan elm adamlarımızı daha yaxından tanımasına, onlarla ünsiyyətqurmasına, biliklərindən faydalanmasına şərait yaratmaqdır.

Azərbaycanlı
Azərbaycanlı
Azərbaycanlı
Azərbaycanlı
Azərbaycanlı
Azərbaycanlı
Azərbaycanlı
Seçilən
12
4
az.trend.az

5Mənbələr