Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanda real iqtisadi artımın 2024-cü ildə 3,8 %, 2025-ci ildə isə 2,7 % təşkil edəcəyini proqnozlaşdırıb.
Qeyd edilib ki, proqnoza təsir edəcək amillər neft və qaz qiymətlərinin dəyişməsi, həmçinin regionda geosiyasi qeyri-sabitliyin hökm sürməsi ola bilər.
AYİB həmçinin, bu il üzrə orta illik inflyasiyanın 3,5 %-ə qədər azalacağını proqnozlaşdırıb. Bankın digər proqnozuna görə, Azərbaycanın tədiyyə balansının cari hesabının profisitinin ÜDM-də çəkisi 2024-cü il üzrə 8,5 % təşkil edəcək.
© APA