AZ

Vergi Məcəlləsindəki dəyişikliklər I oxunuşda qəbul edilib

 

Milli Məclisin bu gün keçirilən plenar iclasında "Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında" qanun layihəsi I oxunuşda qəbul edilib.

Missiya.Az xəbər verir ki, sənədi parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov təqdim edib.

Müzakirələrdən sonra sənəd səsə qoyularaq təsdiq olunub.

Dəyişikliklər yerli istehsal avtobusların satışı ƏDV-dən azad edilməsi, insanların mədəniyyət müəssisələrinə ödədiyi ƏDV-nin 50 %-i geri qaytarılması, bərpa olunan enerji layihələri ilə bağlı avadanlıqların idxalı vergidən azad edilməsini, dəmir yolu ilə daşınan tranzit yüklər yol vergisindən azad edilməsi və digər məsələləri əhatə edir.

Bundan başqa, deputatlar “Nağdsız hesablaşmalar haqqında” qanunda dəyişiklik edilməsi haqqında" qanun layihəsini də I oxunuşda təsdiqləyiblər.

Seçilən
3
missiya.az

1Mənbələr