"Burada diskussiya gedir. Parlament diskussiya yeridir. Diskussiya aparmalıyıq və həqiqəti tapıb müəyyən qanun qəbul etməliyik. Ona görə də bu diskussiyaya normal baxmaq lazımdır və normal qeyd etmək lazımdır".
Oxu24.com xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin Regional məsələlər komitəsinin sədri, deputat Siyavuş Novruzov deyib.
"Kim nə cür yazır yazsın, söhbət ondan getmir. Kiminsə kiminləsə şəxsi qərəzliyi yoxdur. Bizim hamımızın marağımız dövlət başçısının apardığı siyasət, onun müdafiəsi, dövlətimizin gücüdür", - deyə komitə sədri bildirib.