AZ

Bu partiya mandatdan imtina etdi – Parlamentə müraciət

Oktyabrın 26-da keçirilən seçkilərdə ikinci yeri tutan Gürcüstanın müxalifət partiyası olan Dəyişikliklər Koalisiyası deputat mandatından imtina ilə bağlı parlamentə müraciət təqdim edib.

News24.az xəbər verir ki, bu barədə yerli telekanallar məlumat yayıb.

Seçkilər nəticəsində mandat alan digər partiya nümayəndələri də parlamentə bəyanatlar veriblər. Bundan əvvəl Dəyişikliklər Koalisiyası, eləcə də daha iki müxalifət partiyası – “Güclü Gürcüstan” və “Birlik – Milli Hərəkat” öz seçki siyahılarının ləğvi ilə bağlı Mərkəzi Seçki Komissiyasına müraciət edib. Bu o deməkdir ki, mandatlarından imtina edən deputatlar siyahıda olan növbəti şəxslərlə əvəz oluna bilməz. Parlamentə daxil olan dördüncü müxalifət partiyası olan “Gürcüstan üçün Qaxariya” partiyasına gəlincə, o, digər üç partiya kimi seçkinin nəticələrini tanımır, lakin mandatlarından imtina etmək niyyətində olduğunu bəyan etmir.

Müxalifət liderlərindən biri, “Birlik – Milli Hərəkat” partiyasının nümayəndəsi Giorgi Vaşadze daha əvvəl bəyan edib ki, mandatdan imtina etmək üçün parlamentə elektron ərizə göndərib.

Xatırladaq ki, oktyabrın 26-da Gürcüstanda parlament seçkiləri keçirilib. Hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyası 53,93% səslə qalib gələrək, qanunverici orqanda 150 yerdən 89-nu əldə edib, 4 müxalifət partiyası beş faizlik baryeri keçib. Parlamentə daxil olan bütün müxalifət partiyaları seçkinin nəticələrini tanımaqdan imtina edib.

Deputat mandatının ləğvi ilə bağlı yekun qərarı parlament səsvermə yolu ilə qəbul edir. Hakim partiyanın müxalifət deputatlarının mandatlarının ləğvinə səs verib-verməyəcəyi hələlik məlum deyil.

Aynurə

Seçilən
12
1
news24.az

2Mənbələr