Rusiya ordusunun hava hücumundan müdafiə vasitələri Qara dəniz və Krım üzərində Ukraynaya məxsus 25 pilotsuz uçuş aparatını məhv edib.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Noyabrın 27-də Moskva vaxtı ilə saat 08:30-dan 10:30-a qədər Ukrayna ordusu Rusiya Federasiyası ərazisindəki hədəflərə qarşı təyyarə tipli PUA-lardan istifadə etməklə hücum cəhdlərinin qarşısı alınıb. Qara dəniz və Krım ərazisi üzərində Ukraynaya məxsus 25 pilotsuz uçuş aparatı məhv edilib”.- deye Müdafiə Nazirliyi bildirib.