Misir-Azərbaycan Dostluq Cəmiyyətində müxtəlif fənlər üzrə ödənişsiz əsasda təhsil alan tələbələrə diplomların təqdimatı mərasimi keçirilib.
Newscenter.az xəbər verir ki, mərasimdə müxtəlif ölkələrdən olan tələbələrə 142 diplom və sertifikat təqdim olunub.
Tədbirdə çıxış edən Misir-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, tədqiqatçı-alim Seymur Nəsirov Azərbaycanın Misir və digər ərəb ölkələri ilə əlaqələrinin tarixindən və hazırkı yüksək səviyyəsindən bəhs edib. O qeyd edib ki, 2014-cü ildən fəaliyyət göstərən Cəmiyyətdə indiyədək 60 ölkədən 2700-ə yaxın tələbə təhsil alıb və hazırda 59 ölkədən olan 642 gənc ödənişsiz əsasda təhsilini davam etdirir.
S.Nəsirov vurğulayıb ki, Cəmiyyətin fəaliyyətinin əsas məqsədi xalqlar arasında dostluğun möhkəmləndirilməsi, elm, mədəniyyət və din sahələrində əlaqələrin inkişafı, habelə tələbələrə sosial xidmətlərin göstərilməsidir. Burada Azərbaycan və ingilis dilləri, “Qurani-Kərim”in qiraəti, ərəb dilinin qrammatikası və ədəbiyyat, bəlağət və məntiq elmi, muğam sənəti, xəttatlıq, dekorasiya fənləri tədris olunur.
Süleyman