7NEWS.az xəbər verir ki, Şimali Koreya Ukrayna ərazisində istifadə edilən "KN-23” raketlərinin istehsalını sürətləndirmək üçün hərəkətə keçib. Paylaşılan peyk görüntülərinə görə, raketlərin istehsal olunduğu hərbi obyektdə genişləndirmə işlərinə başlanılıb. Silah istehsalı müəssisəsinə yeni montaj və istehsal binasının əlavə edildiyi iddia edilib. Yeni binanın köhnə binadan 60-70 faiz çox istehsal gücünə malik olacağı gözlənilir. Şimali Koreya istehsalı olan KN-23 raketləri Ukrayna ərazisinə düşən raketlərin üçdə birini təşkil edir.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta