Bakı. Trend:
Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayır və burazılaşmanın hərbi əməliyyatlara son qoyacağını gözləyir.
Trend xəbərverir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" sosialmedia hesabında paylaşım edilib.
Qeyd olunub ki, Azərbaycan münaqişələrin sülh yolu ilə həllinidəstəkləyərək və COP29 Sədrliyinin 132 ölkə tərəfindən təsdiqlənmişCOP29 barışıq üçün birgə təntənəli müraciətinin təşəbbüskarı kimi,bütün tərəfləri atəşkəsə əməl etməyə və çətinliklərin öhdəsindəngəlməyə çağırır.
Xatırladaq ki, Livan və İsrail arasında atəşkəs razılaşması ABŞvə Fransa tərəfindən irəli sürülən təşəbbüsə uyğun olaraq yerlivaxtla saat 04:00-da qüvvəyə minib.
Razılaşmaya əsasən, Livan ordusu BMT-nin Livandakı MüvəqqətiQüvvələrinin (UNIFIL) dəstəyi ilə ölkənin cənub sərhədi boyuncamərhələli şəkildə yerləşdiriləcək. Paralel olaraq, İsrail ordusu daöz qoşunlarını tədricən Livanın cənubundan çıxaracaq.
Müqaviləyə əsasən, Livan hökuməti qeyri-qanuni silahlı qruplarınfəaliyyətinə və onlara qaçaqmalçılıq yolu ilə silah tədarükünə sonqoymağı öhdəsinə götürüb. Bununla yanaşı, silah və sursat istehsalıilə məşğul olan qanunsuz obyektlər ləğv ediləcək, silah ehtiyatlarıisə müsadirə ediləcək.