1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Almaniya Rusiyanın "Birinci kanal"ının ölkədəki bürosunu bağlayacaq.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, məlumatı "Birinci kanal"ın rəhbərliyi də təsdiq edib.
"Dekabrın 15-dək mən və Dmitri Volkov Almaniya ərazisini tərk etməliyik", - kanalın efirində İvan Blaqoy deyib.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova artıq məsələ ilə bağlı mövqe də bildirib. O, "Birinci kanal"ın Almaniya hökuməti tərəfindən qapadılmasına cavab veriləcəyini açıqlayıb.