Bakı. Trend:
Növbəti iki gündə yəni noyabrın 28-dən 29-u axşamadək bəziyerlərdə arabir yağış yağacağı gözlənilir.
Trendxəbər verir ki, bu barədə Milli Hidrometrologiya Xidməti məlumatyayıb.
Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində leysanxarakterli olacağı ehtimalı var.
"Hazırda müşahidə olunan yağıntılı hava şəraitinin noyabrın 28-iaxşamadək fasilələrlə davam edəcəyi, yağıntıların ayrı-ayrıyerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı,dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir.
Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından, xüsusilə dəLənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın vəsel keçəcəyi ehtimal olunur",- deyə qurumdan əlavə edilib.