AZ

Azərbaycanda qanunsuz şans oyunlarını və cinayətkarlığı təbliğ edən bu məşhurlar — Cəzalandırıla bilərlər...

“10lineloto”, yaxud müasir texnologiya ilə həyatımıza girən qanunsuz şans oyunu...

Son dövrlər ölkəmizdə qanunsuz şans oyunlarının geniş yayılması ciddi narahatlıq doğurur. Bu oyunların azyaşlılara da asanlıqla əlçatan olması cəmiyyət üçün böyük təhlükə yaradır. Belə qanunsuz şans oyunlarından biri də “10lineloto”dur.

Bəs, belə qanunsuz şans oyunlarını təbliğ edənlərə nə ad vermək olar?

Sosial şəbəkələrdə, xüsusilə “TikTok”, “Instagram”, “Telegram”da qanunsuz şans oyunlarının sürətlə təbliğatı aparılır. Xeyr, bu təbliğatı aparanlar başqaları deyil, məhz bu ölkədə tanınan, bir çoxu incəsənət, kino, teatr aləminin sayılıb-seçilən şəxsləri, bir çoxu sosial şəbəkədə tanınan, bir çoxu da idmançıdır. Məsələn, aktyor Azər Aydəmir, idmançı Şükran Soltanov, müğənnilər Damla, Elgün Hüseynov, Qumral, influenserlər Banu Al, Xatirə Yüzbəyova, Nərmin Xankişiyeva, Mehin Oqtaylı, Günel Hüseynova və digərləri “10lineloto”nun aktiv təbliğatçılarıdır. Onların sırasına son günlər Aygun Məstiyeva (@amasti_one), Nurlan da (@11urlan) daxil olub.

Bu, təkcə zərərli vərdişlərin yayılması, azyaşlılar da daxil olmaqla onlara belə vərdişləri aşılamaq deyil, həm də böyük qanun pozuntusudur. Hüquq-mühafizə orqanları dəfələrlə bununla bağlı xəbərdarlıq edib. Üstəlik belə qanunsuz şans oyunlarına aid çox sayda dələduzluq faktları var. Onlardan qanunsuz şans paltforması “Mostbet”in istifadəçi Ayaz İkramoğlunun qazandığı 156 461 manatını ödəməyib, həmçinin hesabını bloklaması, eləcə də Pin-UP saytının "Jude Bellingham" adlı istifadəçinin içində 3500 manat olan hesabını heç bir xəbərdarlıq etmədən bağlaması kimi faktları xatırlamaq olar. 

"Mostbet" vətəndaşın udduğu 156 461 manatı ödəmir — FOTO
Qanunsuz şans oyunlarında növbəti dələduzluq — FOTOFAKT


       A

Qanunla tənzimlənməyən lotereya və mərc oyunlarının digər neqativ tərəfi ondan ibarətdir ki, burada dövriyyə gizlədilir, dövlətə hər hansı bir vergi verilmir, bu oyunların şərtləri aidiyyəti dövlət qurumları ilə razılaşdırılmır, oyunlarda iştirak edən şəxslərin hüquqları pozulur, uduşların ödənilməsinə zəmanət verilmir, iştirakçıların pozulmuş hüquqlarının bərpa edilməsi mexanizmləri mövcud deyil. İstənilən halda bu cür oyunların keçirilməsi nə dövlət, nə cəmiyyət, nə də oyunda iştirak edənlər üçün faydalıdır.

Qanunla tənzimlənən şans oyunları isə dövlət tərəfindən tənzimlənir. Burada həm təşkilatçının, həm də oyunçuların hüquqları dövlət tərəfindən qorunur. Çünki hər şey qanun çərçivəsində həyata keçirilir. Həm dövriyyə uçotu aparılır, vergi ödənilir, həm də oyunlar qaydalar çərçivəsində təşkil edilir.

Məsələ ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti də rəsmi məlumat yayıb. Bəyan edilib ki, bu cür qanunsuz mərc oyunlarının təşkil və təbliğ olunması qanunla qadağandır. Lakin bu oyunları təbliğ edənlər öz əməllərini qəbul etmək istəmirlər. Bəziləri bildirirlər ki, belə oyunların qanunla qadağan olunduğunu bilməyiblər, halbuki müvafiq orqanlar dəfələrlə bu haqda xəbərdarlıq edib.

Bəziləri isə ümumiyyətlə belə təbliğat aparmadıqlarını iddia edirlər. Misal üçün, aktyor Azər Aydəmir “Mən elə bir şey etməmişəm, adım orada səhvən hallanıb. Orada bir-iki həmkarımın və Xatirə Yüzbəyovanın da adı var. Mən inanmıram ki, o da belə bir şey etsin. Mənə elə gəlir ki, bu ümumi məlumat səhvidir. Vaxt keçəcək biləcəyik. Yəqin, adları qarışdırdıqları üçün üzr istəyərlər”, deyə özünü təmizə çıxarmağa çalışır. Halbuki Azər Aydəmirin “10lineloto” oyununu təbliğ etdiyinə dair videofaktlar var.

 A              A

Bu azmış kimi apardıqları təbliğatda təkcə qanunsuz mərc oyunlarını məşhurlaşdırmırlar, həm də cinayətə sövq edən formada reklamlar edirlər. Videorolik və reklam filmlərinə baxdıqda bu aydın şəkildə görünür. Reklam filmlərinin birində “əlisilahlı” şəxslər göstərilir. Avtomobillə yol qaydalarını pozan əlisilahlılar onlara borcu olan şəxsi axtarır, nəhayət tapanda həmin şəxsin “10lineloto” oynadığı ortaya çıxır. Borclu şəxs də onları inandırır ki, bu oyunla pul qazanmaq asandır. Beləcə birlikdə oynayır, qazanır və guya xoşbəxt olurlar.
Bəs belə reklamlara baxanlar, xüsusilə azyaşlıları nə öyrənirlər?!
1. Qanunsuz mərc oyunlarına asan qazanc yolu kimi baxıb aldanırlar.
2. Avtomobillə istənilən yol-hərəkət qaydasını pozub özünün və başqalarının həyatını təhlükə altında qoya bilərlər.
3. Silahlı gəzmək və istədiyini etmək mümkündür və s.

A       A      

Eləcə də sosial şəbəkədə 4 milyona yaxın izləyiciyə sahib olan məşhur idmançı Şükran Soltanovun belə qanunsuz şans oyunlarını təbliğ etməsi cəmiyyətə yaxşı örnək deyil. Son  vaxtlar daha çox yumoristik videoları ilə məhşurlaşan idmançının sağlam həyat tərzini təblig etmək əvəzinə istifadəçilərə həm mənəvi, həm də maddi zərər vuran, qeyri-leqal şans oyunlarını reklam etməsi qəbul edilməzdir.                 

Görəsən tanınmış bloger Şükran Soltanov bu oyunların qanunsuz olduğunu bilmirmi? Bu sualla adıçəkilən şəxslə əlaqə saxladıq...

Məsələ ilə bağlı Şükran Soltanov Demokrat.az-a açıqlamasında bildirib ki, o, Azərbaycanı sosial şəbəkələrdə gözəl təbliğ edir: 

"COP29 ərəfəsində də gözəl təbliğatlar aparmışam. Ölkəmizdə ən aktiv sosial səhifənin sahibiyəm. 
Mən bunlardan başqa heç nəyin təbliğatını aparmıram. Bəzi boş adamlar mənimlə prinsip aparır. Adımı qeyd edib şəklimi paylaşırlar. 

Loto hər kəsin evində var. Mən həyatı boyu bir kazino belə reklam etməmişəm. "Xbet" kimi reklamları mənim səhifəmdə görə bilmərsiniz. Dəfələrlə təklif gəlib. Rədd etmişəm. 
Mən qazancımı yalnız işimdən əldə edirəm".

Two

Heç olmasa, müğənni Damla etdiyi əməlin cəzasını ödəyib və daha təkrarlamır. Amma bir zamanlar təblig etdiyi həmin qanunsuz şans oyun platformaları onun çəkildiyi reklamları təkrarlamaqdan yorulmur. Bu barədə Damlanın prodüseri Şamil İbrahimov da açıqlamasında bildiirb ki, sözügedən məsələ 4 il əvvəl olub: “Belə ki, pandemiya yeni başlamışdı, işsiz vaxtlarımız idi və müğənni Damla həmin mərc oyunları ilə bağlı videoya çəkilmişdi. Biz bilmirdik ki, bu məsələ qadağandır, qeyri-qanunidir. Buna görə müğənni Damlanı hüquq-mühafizə orqanlarına çağırdılar, Nərimanov Rayon Məhkəməsində iş qaldırıldı, cərimə kəsildi. Cəriməni ödədik, bildirdik ki, bir də belə olmayacaq və bir daha təkrarlamadıq. Onu da qeyd edim ki, Nərimanov Rayon Məhkəməsində Nadir Qafarzadə, Sevinc-Sevil bacıları və digər mərc oyunları ilə bağlı paylaşımlar edənlər də vardı. Yəni mətbuatda indi yayılan məlumatlar 4 il əvvəlki məlumatlardır”.

A 

Özlərinə aktyor, müğənni, influenser deyənlər də bütün bu qanunsuzluğu açıq şəkildə təbliğ edirlər. Sonra da utanmadan ya etdiklərindən “xəbərsiz olduqlarını” deyir, ya da ümumiyyətlə etmədiklərini iddia edirlər. Bu kimi şəxslər qanunun ən sərt üzü ilə qarşılaşmalıdır, əks təqdirdə, qanunu tanımayacaq və pozmağa davam edəcəklər.


Vaqif Hüseynli
Demokrat.az
Seçilən
29
4
demokrat.az

5Mənbələr