ABŞ polisi prezident seçkilərində qalib gələn Donald Trampı və ailəsini öldürməklə hədələyən Arizona sakinini saxlayıb.
Azpost.info xəbər verir ki, bu barədə “ABC News” ittiham aktına istinadən məlumat yayıb.
Şübhəli ölkənin seçilmiş liderini öldürməklə hədələyən videoları internetdə yerləşdirdiyinə görə həbs edilib.
Telekanalın məlumatına görə, Manuel Tamayo-Torres seçilmiş prezidentə qarşı aydın təhdidlər edib. Mənbələr onun etdiyi çağırışların zənglərin Trampa yönəldiyini təsdiqləyib.
Torresin sosial şəbəkələrdəki videolarında Tramp haqqında bir sıra qəribə və absurd ifadələr yer alıb.
Azpost.info