AZ

İsrail ordusu atəşkəsdən əvvəl Hizbullahın bütün hədəflərini MƏHV ETDİ

İsrail ordusu atəşkəsdən əvvəl Livan boyu Hizbullah hədəflərini məhv edib.

İnterpress.az xəbər verir ki, İsrail telekanalı 12 məlumat yayıb. Bildirilir ki, Livanda atəşkəs razılaşmasının qüvvəyə minməsindən bir neçə saat əvvəl İsrail Hərbi Hava Qüvvələri Beyrut, Sur və Nəbatiyyə də daxil olmaqla Livan boyu Hizbullah hərbi obyektlərinə hava zərbələri endirib.

Hücumların hədəfi əsasən təşkilatın “Əziz”, “Bədr” və “Rədvan” xüsusi təyinatlılarına məxsus komanda mərkəzləri, silah anbarları və buraxılış qurğuları olub.

Bundan əlavə, Suriya və Livandan silah qaçaqmalçılığı üçün istifadə edilən Suriya-Livan sərhədindəki marşrutlara da zərbələr endirilib.

Eyni zamanda, Livanın şərqindəki Baalbek bölgəsində Hizbullahın yer-yer raketləri istehsal edən gizli zavoduna da gözlənilməz hücum olub.

Qeyd olunur ki, hava hücumlarında məqsəd təşkilatın öz raketlərini istehsal etmək imkanlarına zərər vurmaq olub.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
16
32
interpress.az

10Mənbələr