AZ

Dünyanın ən tozlu şəhərləri – Sarayevo, Lahor, Delhi, Qahirə, Mumbay...

Planetin ən tozlu, çirkli havası olan iri şəhərlərinin reytinqi açıqlanıb, Bosniya və Herseqovinanın (BH) paytaxtı Sarayevo cədvələ başçılıq edir.

Musavat.com xəbər verir ki, bunu İsveçrənin IQAir şirkətinin reytinq məlumatları sübut edir.

Bosniya paytaxtının havasındakı incə tozun miqdarı hər kubmetr üçün 324 mikroqram (mkq/m3), təhlükəsiz həddi isə 37,5 mkq/m3 təşkil edib. Siyahıda ikinci yeri Lahor (290 µq/m3), ikinci yeri isə Delhi (233 µq/m3) tutur. İlk onluğa Qahirə, Mumbay və Kəraçi də daxil olub.
Dünyanın ən çirkli havasına malik digər Avropa şəhəri Şimali Makedoniyanın paytaxtı Skopyedir. O, beşinci yeri tutur.

Sarayevonun çox hissəsi Miljacka çayının axdığı dağlararası hövzədə yerləşir. Buna görə də vadidə duman tez-tez qalır. Çirklənmənin yüksək səviyyədə olması həm də isitmə üçün odun və kömürün geniş yayılması, eləcə də yerli sakinlərin köhnə avtomobillərdən istifadə etməsi ilə bağlıdır.

Musavat.com

Seçilən
29
musavat.com

1Mənbələr