AZ

Fransadakı futbol matçında irqçiliyə görə araşdırma başlayıb

Fransa prokurorları həvəskar komandalar arasında keçirilmiş futbol matçındakı irqçilik ilə bağlı araşdırmaya başlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə yerli "RMC Sport" agentliyi məlumat yayıb.

Hadisə "Kruazes de Bayonn" və "Etual Bearnez" kollektivləri arasındakı oyunda yaşanıb.

Azarkeşlər birincilərin 17 yaşlı oyunçusunu təhqir ediblər və meymun səsi çıxarıblar.

Prokurorlar mətbuatda yayılan məlumatlardan sonra araşdırmaya start veriblər. Bu məsələyə görə 1 il həbs və 15 min avro cərimə nəzərdə tutulur.

Seçilən
10
1
operativmm.az

2Mənbələr