AZ

Banklar müştərilərə verdikləri kreditlərdən gəlirlərini artırıb - 10 AYDA 2,5 MİLYARD MANAT GƏLİR

2024-cü ilin noyabın 1-nə Azərbaycan banklarının kreditlər üzrə faiz gəlirləri 2 milyard 518,9 milyon manat olub.

FED.az bu barədə Mərkəzi Bankın hesabatına istinadən xəbər verir.

Həmin göstərici oktyabrın 1-nə olan dövr ilə müqayisədə 286,2 milyon manat və ya 12,8%, ötən ilin müvafiq dövrü ilə müqayisədə 417,1 milyon manat və ya 19,8% çoxdur.

2023-cü ilin noyabrın 1-nə Azərbaycan banklarının kreditlər üzrə faiz gəlirləri 2 milyard 101,8 milyon manat olub.

Bu ilin 1 oktyabr vəziyyətinə bu göstərici 2 milyard 232,7 milyon manat təşkil edib.

Seçilən
10
fed.az

1Mənbələr