AZ

Uşaq bağçası hər şeyin başladığı yerdir? -Körpələr evindən yaxalandı

Onun cəmi 2 yaşı var, əvvəl qusdu, sonra hərəkət edə bilmədi

  İngiltərənin Bournemut şəhərində yaşayan 2 yaşlı İyla-Mae və ailəsinin həyatı bir gündə alt-üst olub. Valideynləri uşağı körpələr evinə qoyub. Kiçik qız mütəmadi olaraq körpələr evinə aparılıb, gətirilib. Bir axşam evə qayıtdıqda isə onda qəribə hallar baş verib. Balaca qızcığazın ürəyi bulanıb, daha sonra o, qaytarmağa başlayıb. Narahat olan ana qızının adi infeksiyadan əziyyət çəkdiyini düşünüb. Ancaq cəmi dörd gün sonra, qızcığaz yuxudan oyandıqda artıq nə tərpənə, nə danışa, nə su içə bilib, yalnız ağlayıb. Kiçik qızı xəstəxanaya aparan ailə acı həqiqətlə üzləşib.
 “Sherg.az” “Milliyet.com.tr”yə istinadən bildirir ki, müayinələr nəticəsində onların kiçik qızına serebral venoz sinus trombozu (CVST) diaqnozu qoyulub. Həkimlər tələsik onu əməliyyata aparıblar. Əməliyyatdan sonra İyla-Maeyə 6 ay müddətində qan durulaşdırıcı və qıcolma əleyhinə dərmanlar verilib və intensiv reabilitasiya prosesi başlayıb. Kiçik qızın beynindəki maye azaldıqdan sonra o, Southampton Uşaq Xəstəxanasının neyrocərrahiyyə şöbəsinə köçürülməzdən əvvəl 4 gün reanimasiya şöbəsində yatıb və 17 həftə orada qalıb. Balaca İyla-Mae bu hadisədən sonra hər şeyi sıfırdan başlamalı olub. Bədənindəki iflic bir anda aradan qalxmayıb, zamanla hərəkət qabiliyyətini qazanan kiçik qızın anası Paige Coneley: "o, hər şeyi yenidən, sıfırdan etməyi öyrənməli idi. Əməliyyatdan sonra həkimlər ona başını bir qədər idarə etməyə kömək etdilər, lakin bəzən başıaşağı düşürdü. O, hələ də yeriyə bilmir, otura və ya dayana bilmir. Özbaşına yemək yeyə bilmir, danışa bilmir və hər zaman kresloda oturmalı olurdu”, söyləyib. Coneley ailəsi kiçik qızlarının başına gələnlərdən çaş-baş qalıb. Ailənin dediyinə görə, onların kiçik qızı körpələr evindən mikrob tutduqdan sonra qusmağa başlayıb və onun bu xəstəliyə həddindən artıq qusma nəticəsində yoluxduğunu düşünürlər. Bununla belə, həkimlər İyla Meyin bu xəstəliyə həddindən artıq qusma səbəb olub-olmadığını və ya xəstəliyin qusma ilə özünü göstərdiyindən əmin deyillər. Hazırda valideynləri kiçik qızına yenidən hər şeyi öyrədir və onun köhnə həyatına qayıtması üçün müxtəlif reabilitasiya mərkəzlərindən kömək alırlar.
  Uşaq Nevrologiyası Departamentinin professoru Dilara Füsun İçağasıoğlu Böyük Britaniyada ildə təxminən 100 min insandan birində rast gəlinən və xüsusilə uşaqlarda müşahidə edilən nadir insult növü olan Serebral Venöz Sinus Trombozu (CVST) haqqında naməlum təfərrüatlar təqdim edib. D.Füsun İçağasıoğlu qeyd edib ki, CVST tromboz, ürək və damarlarda qan laxtalarının əmələ gəlməsi və bunun nəticəsində qan axınının qarşısını alan vəziyyətə verilən ümumi addır. Menengit, ensefalit, mastoidit, otit, sinüzit, baş-boyun bölgəsi infeksiyalarının hələ də Türkiyədə ən çox görülən risk faktorları arasındadır. İnfeksiyaların yanında travma, hərəkətsizlik, dərmanlar, bədənin ağır susuzluğu, qan və damar xəstəlikləri də CVST-yə səbəb olur. Bundan başqa, uşaqlarda qan laxtalanma pozğunluğuna səbəb olan bir çox irsi xəstəlik də CVST-yə səbəb olur. Həkim baş ağrısının xəstəliyin ən çox görülən əlamətləri arasında olduğunu söyləyib. Uşaqda daha əvvəl heç vaxt olmamış baş ağrısı və ya mövcud baş ağrısının günlər ərzində şiddətlənərək dözülməz hala gəlməsi CVST-nin əhəmiyyətli əlamətləridir. Əgər uşağınızda davamlı ürəkbulanma, qusma, bulanıq görmə, ürək döyüntüsü, nitq pozğunluğu, epileptik tutmalar, görmə itkisi və çaşqınlıq varsa, dərhal həkimə müraciət etməlisiniz.
Məlahət


Seçilən
7
sherg.az

1Mənbələr