AZ

Reklam və marketinq sahəsində yeni əməkdaşlıq memorandumu imzalanıb - FOTOLAR

“Reklam və Marketinq Sahəsinin İnkişafına Dəstək” İctimai Birliyinin (RMİD) İdarə Heyətinin sədri Xəyalə Mütəllimova və "Kıbrıs Türk Reklamcılar ve Tasarımcılar" Birliyi Derneği (REK-DER) Başkanı Suat Durdu Bora arasında Şimali Kipr Türk Respublikasında əməkdaşlıq memorandumu imzalanıb. 

QHT.az xəbər verir ki, RMİD-in İdarə Heyətinin sədri Xəyalə Mütəllimova tədbirdə çıxış edərək Şimali Kipr Türk Respublikasında olmaqdan məmnun olduğunu bildirib və qarşıdakı illərdə Türk Dövlətləri Təşkilatına üzv olan hər bir ölkədə sərgi təşkil etmək üçün təşəbbüslərinin olduğunu qeyd edib.

Tədbirdə çıxış edən REK-DER Başkanı Suat Durdu Bora bildirib: "Təşkilatımızın qısa müddət ərzində yaranmasına baxmayaraq  həm Türkiyə, həm də "Türk Dövlətləri" təşkilatına üzv olan ölkələrlə sıx əməkdaşlıq əlaqələri qurmuşuq. Bu çərçivədə “Reklam və Marketinq Sahəsinin İnkişafına Dəstək” İctimai Birliyi ilə əməkdaşlıq müqaviləsi imzaladıq. Ölkəmiz və üzvlərimiz üçün xeyirli olsun."

İmza mərasimindən sonra REK-DER Başkanı Suat Durdu Bora RMİD İdarə Heyətinin sədri Xəyalə Mütəllimovaya xatirə plaketi təqdim edib. Təşkilat "Kıbrıs Türk Reklamcılar ve Tasarımcılar" Birliyi Derneği (REK-DER) Başkanı Suat Durdu Boraya diqqətinə görə təşəkkürünü bildirib, əməkdaşlığın gələcəkdə daha da inkişaf etməsini və uğurla davam etməsini ümid edirlər.

Seçilən
34
qht.az

1Mənbələr