Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin atəşkəs razılaşmasının şərtlərini yerinə yetirməsini gözlədiyini bildirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı Türkiyə KİV məlumat yayıb.
"Ukrayna və Yaxın Şərqdəki münaqişələrin həlli üçün çox çalışırıq. İsrail və Livan arasında bu səhər qüvvəyə minən atəşkəs razılaşmasının həyata keçirilməsindən məmnunuq. Biz bütün tərəflərin, xüsusilə də İsrailin sülhün qorunması ilə bağlı öhdəliklərini yerinə yetirəcəyinə ümid edirik”,- deyə Ərdoğan bildiirb