AZ

“Kəpəz”dən ayrılan futbolçu Hindistan klubunda

“Kəpəz”dən ayrılan Adama Niane karyerasını Hindistanda davam etdirəcək.

İdmanxeber.az-ın məlumatına görə, oyunçu bu ölkənin birinci liqasında mübarizə aparan “Qokulam”a keçib. Tərəflər arasında 1,5 illik müqavilə imzalanıb.

2023-cü ilin oktyabrından 2024-cü ilin iyununa qədər “Kəpəz”də çıxış edən 31 yaşlı hücumçu 20 matçda 6 qol vurub.

Seçilən
9
1
idmanxeber.az

3Mənbələr