Ukrayna "Ukraynada Sülh" investisiya layihəsi vasitəsilə Dünya Bankından 4,8 milyard dollar alıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal Teleqram kanalında məlumat yayıb.
Onun sözlərinə görə, 2022-ci ilin fevral ayından etibarən Dünya Bankının mexanizmləri vasitəsilə təxminən 50 milyard dollar götürülüb.