AZ

Avropa ilə Rusiyanın ticarəti sıfıra yaxınlaşır - RƏQƏMLƏR

2022-ci ilin fevralında Ukraynaya hücum edən Rusiyayaya Avropa İttifaqının (Aİ) misli görünməmiş sanksiyalar tətbiq etməsi iki tərəf arasında ticarətin kəskin azalmasına səbəb olub. 


Sfera.az xəbər verir ki, 2021-ci ildə Aİ-nin ümumi ticarətinin 5,8 faizi Rusiya ilə idi. Rusiya Aİ-nin beşinci ən böyük ticarət tərəfdaşı hesab olunurdu. 


Müharibədən əvvəlki dövrdə Rusiyanın ən böyük ticarət tərəfdaşlarından biri olan Aİ Rusiyanın ümumi ticarətində 37 faiz paya sahib olub. Bu dövrdə Rusiyanın idxalının 36,5 faizi Aİ-dən, ixracının 37,9 faizi isə Aİ-yə olub. 2021-ci ildə Aİ ilə Rusiya arasında ümumi mal ticarəti 257,5 milyard avro təşkil etmişdi. 


Müharibənin başlaması ilə Rusiyaya qarşı tətbiq edilən sanksiyalar qarşılıqlı ticarətdə kəskin azalmaya səbəb olub. 2022-ci ilin fevralında, yəni yalnız bir ayda Aİ Rusiyadan 21,4 milyard avro dəyərində idxal həyata keçirmişdi, əvəzində 7,6 milyard avro ixrac etmişdi. 


Aİ-nin Rusiyadan idxalı 2023-cü ilin mart ayında 22,2 milyard avroya çatdıqdan sonra, 2024-cü ilin sentyabrında Rusiyadan idxal 3,1 milyard avroya qədər azalıb. Müharibə başlayandan bəri Aİ-nin Rusiyadan idxalı 86 faiz azalıb. Müharibədən sonrakı dövrdə Rusiyanın Aİ-dən idxalı 2,7 milyard avroya qədər azalıb. 


Beləliklə, bu ilin sentyabr ayında ikitərəfli ticarət həcmi 5,9 milyard avro təşkil edib. Bu azalma ilə Aİ və Rusiya arasında ikitərəfli ticarət həcmi müharibədən əvvəlki məbləğin 20 faizi qədərində olub.


Vasif
 

Seçilən
7
sfera.az

1Mənbələr