Paytaxtın Yasamal rayonunun Abbas Mirzə Şərifzadə 173 ünvanında yerləşən və dayanma durma qadağandır nişanı ilə işarələnmiş yolda maşınların hərəkət hissəsində dayanması sürücülər üçün ciddi problem yaradır.
Yenicag.az xəbər verir ki, yolda nişan olsa da, bəzi sürücülər qaydalara əməl etmir və yolun dar hissələrində avtomobili park edərək digər nəqliyyat vasitələrinin maneəsiz hərəkət etməsini çətinləşdirir.
Bu vəziyyət, xüsusilə pik saatlarda, tıxacların yaranmasına və yol təhlükəsizliyinin pozulmasına səbəb olur. Sakinlər aidiyyəti qurumlardan həmin yola nəzarətin gücləndirilməsi və kameraların quraşdırılmasının tərəfdarıdırlar.
Həmin görüntüləri təqdim edirik:
Nəsimi Ələsgərli