AZ

Bu körpələrdə mərkəzi sinir sistemi problemləri müşahidə edilir

“Vaxtından əvvəl doğulan körpələr normal doğumla dünyaya gəlmiş uşaqlardan müəyyən fizioloji xüsusiyyətləri ilə fərqlənir”.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyinin K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitununun pediatrı Xuraman Məmmədova qurumun təşkil etdiyi canlı yayım zamanı bildirib.

Həkim-pediatr bildirib ki, onların fizioloji xüsusiyyətləri digər uşaqlara nisbətən daha kiçik olur:

"Həm baş-beyində, həm də digər bədən üzvlərində müəyyən deformasiyalar və problemlər vaxtından əvvəl doğulmuş uşaqları yeni doğulmuşlardan fərqləndirir. Həmçinin onlarda mərkəzi sinir sistemi problemləri müşahidə edilir".

Əli Hüseynov

Seçilən
9
1
bakivaxti.az

2Mənbələr