AZ

“Beşiktaş” rəhbərliyində kütləvi istefa

Futbol üzrə Türkiyə Super Liqasında mübarizə aparan “Beşiktaş” klubunun rəhbərliyində bir neçə şəxs istefa verib.

Arena.az bu barədə İstanbul klubunun rəsmi saytına istinadən xəbər verir.

Belə ki, klubun vitse-prezidenti Onur Göçmez, idman koordinatoru Samet Aybaba, klub məsləhətçisi Bred Fridel, media və kommunikasiya qrupu koordinatoru Okay Karaca, rabitə meneceri İşıl Zeybek vəzifələrindən ayrılıblar.

Türkiyə mətbuatı klub strukturunda çalışan daha bir neçə şəxsin istefasını istisna etmir. Hətta klub rəhbərliyinin komandanın baş məşqçi Covanni van Bronkhorsta da iki oyunluq şans verdiyini yazıb. Yəni komanda qarşıdakı iki oyunda uğursuz nəticə göstərsə, niderlandlı mütəxcəssis də istefaya göndəriləcək.

Xatırladaq ki, uğursuz mövsüm keçirən “Beşiktaş” hazırda Türkiyə Super Liqasında 12 turdan sonra 21 xalla 6-cı sırada qərarlaşıb.

Seçilən
11
2
arena.az

4Mənbələr