“Uşaq ilk 6 ay ərzində ana südü ilə qidalanır. Buna görə də, yeni doğulmuş körpəyə ana südündən əlavə qida vermək lazım deyil”.
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyinin K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitununun pediatrı Xuraman Məmmədova qurumun təşkil etdiyi canlı yayım zamanı bildirib.
Həkim bildirib ki, yeni doğulan uşağa su vermək gərəksizdir:
"Su inqridiyentləri onsuz da ana südündə var. Ona görə də, körpəyə su vermək gərəksizdir".
Əli Hüseynov