Norveçin “Kongsberg Defence & Aerospace” (KONGSBERG) şirkəti Niderland Silahlı Qüvvələrinə NASAMS və NOMADS zenit-raket kompleksləri (ZRK) tədarük edəcək.
“Poliqon” KONGSBERG-ə istinadən xəbər verir ki, bunun üçün şirkət və Niderland hökuməti arasında təxminən 12 milyard NOK (1 milyard ABŞ dolları) dəyərində müqavilə imzalanıb.
Məlumatda NASAMS və NOMADS ZRK-lərini seçməklə Niderlandın öz hava hücumundan müdafiə imkanlarını əhəmiyyətli dərəcədə gücləndirəcəyi bildirilib.
Qeyd edək ki, 2006-cı ildən etibarən NASAMS zenit-raket komplekslərini aktiv şəkildə istismar edən Niderland bu satınalma ilə yeni NOMADS ZRK-nin də ilk beynəlxalq istifadəçisi olacaq.