AZ

“Sərlövhə tam mətni əhatə etməlidir” - ƏMƏKDAR JURNALİST

“Əslində sərlövhə maraqlı, cəlbedici seçilməlidir. Lakin biri var diqqətçəkən sərlövhə, biri də var diqqət çəkmək üçün yaradılan sərlövhə. Bunlar arasında böyük fərq var. Məlum olduğu kimi, hazırda ölkəmizdə mətbuat iki formada fəaliyyət göstərir: ənənəvi və sosial”. Bu sözləri SİA-ya açıqlamasında əməkdar jurnalist Mətanət Məmmədova deyib.O bildirib ki, diqqət çəkmək üçün seçilən sərlövhələrə daha çox sosial mediada rast gəlmək olur: “Bu gün yaradıcılıq, qabiliyyət, istedad anlayışı bir kənarda qalıb. Haradan gəldi mətbuat aləminə yığışanlar “like” qazanmaq üçün bu meydandan istifadə edir, etdikcə də onun ənənəviliyinə, keçdiyi tarixi yola ləkələr sala-sala gedirlər.Sərlövhə tam mətni əhatə etməlidir. Lakin hazırda çoxsaylı yazılarla rastlaşırsan ki, səhlövhə ilə mətnin bir-biri ilə heç bir əlaqəsi olmur. Bütün bunlar isə ölkə mediasında peşəkar jurnalistlərin çox az sayda olmasının, ümumlikdə medianı mediadan xəbərsiz insanların zəbt etməsidir.Səhlövhə necə seçilməlidir məsələsinə gəlincə, səhlövhə yazı ilə həmahəng olaraq, yazıda nədən bəhs edildiyini iki-üç sözlə ifadə edəcək mənalı bir şəkildə seçilməlidir. Daha doğrusu səhlövhəyə diqqət edərkən artıq yazıda nədən bəhs olunması oxucuda ilkin təəssürat yaratmalıdır.Lakin jurnalistikanın qızıl qanunlarından olan sərlövhə məsələsi bu gün o qədər ucuzlaşdırılıb ki, qiymətcə, dəyərcə qızılın yanında adi dəmir kimi qalıb. “Like” qazanmaq oxucuları aldatmaq deməkdir. Oxucular isə zaman-zaman bu cür qabiliyyətsiz fəaliyyətə alışır və yenidən həmin sərlövhələrə aldanmırlar. Beləliklə də media itirir. “Qazancı” isə mətbuatın adı ləkələmək, insanları aldatmaq və bununla da nüfuzdan düşmək olur.Düşünürəm ki, belə mətbuat orqanları üzərində nəzarət gərəkdir. Biz böyük ənənələri olan mətbuatımızı belələrinin qurbanı edə bilmərik. Söz, mətbuat azadlığı o demək deyil ki, kim nə istəyir yazsın, sərlövhə qoysun və insanların zövqünü korlasın”.

Müəllif: Səbinə Hüseynli

Seçilən
5
1
sesqazeti.az

2Mənbələr