Bakı. Trend:
Körpənin fiziki inkişafının göstəriciləri, morfoloji vəfunksional əlamətləri, vaxtından əvvəl doğulmanı qiymətləndirməküçün kifayət etmir. Belə ki, hestasiya yaşi (HY) yetkin olan uşağınbətndaxili inkişafının ləngiməsi və sinir sisteminin zədələnməsifonunda morfoloji və funksional yetkinsizlik əlamətləri qeyd ediləbilər. Odur ki, yenidoğulanın HY-nı qiymətləndirildikdən sonra onunyetkinlik dərəcəsinin HY-na uyğunluğunu müəyyən etmək lazımdır.
Trend xəbərverir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi İnstaqramsəhifəsində nazirliyin K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriyaİnstitutunun pediatrı Xuraman Məmmədova açıqlayıb.
Onun sözlərinə görə, vaxtından əvvəl doğulanların fiziki inkişafgöstəricilərinə əsasən bədən çəkisi qramla, boy uzunluğu, başındərəcələrinin ölçüsü və döş qəfəsinin dairəsi santimetrləqiymətləndirilir.
“Alınan nəticələr yenidoğulanın fiziki yetkinliyininqiymətləndirməsi üçün Bollard şkalası sentil cədvəlindən istifadəedilir. Vaxtından əvvəl doğulanların morfoloji göstəricilərinə isəbədən hissələrinin qeyri proporsionallığı, başın vertikal ölçüsüboy uzunluğunun 1/3 hissəsinin təşkil edir. Kəllənin beyin hissəsiüzrə nisbətən böyük, göbək həlqəsi orta xətdən bir qədər aşağıdayerləşir. Boy uzunluğuna nisbətən ayaqlar qisa olur.
Bundan əlavə, dəri nazik, hiperemiyalı, qırışlı, bel, çiyin, üzvə bud nahiyəsində ilkin tük örtüyü (lanuqo) müşahidə edilir.Dərialtı piy təbəqəsi çox zəif inkişaf etmiş, yalnız yanaqdamüəyyən edilir və ya heç olmur. Dırnaqlar dırnaq yataqlarını tamörtmür, dırnaq lövhələri yumşaq olur”.
Pediatr qeyd edib ki, kəllə sümükləri yumşaq, qulaq seyvanınınqığırdağı zəif inkişaf etmiş, yumşaq olur.