AZ

Hüquqşünas mükafatını fələstinli qadınlara həsr edib

Beynəlxalq Ədalət Məhkəməsində (ICJ) İsraili soyqırımda ittiham edən iddianı qaldıran Cənubi Afrikanın hüquq qrupundan olan irlandiyalı vəkil Blinne Ni Qhralaigh “Tatler” jurnalının verdiyi "İlin qadını" mükafatını fələstinli qadınlara həsr edib. 

"Cebheinfo.az" -ın “The Palestine Chronicle” nəşrinə istinadən məlumatına görə, Ni Qhralaigh 2024-cü il İrlandiya Tatler Qadınları Mükafatlarında “İlin Beynəlxalq Mükafatı”na layiq görülüb. Dublində təşkil edilən mərasimdə çıxış edən Ni Qhralaigh qəbul çıxışında qəzzalı qadınların müqavimətini və dözümlülüyünü tərifləyib. Ni Qhralaigh deyib: 

"Mən bu mükafatı Qəzzanın gözəl qadınlarına həsr etmək istəyirəm. Öldürülən on minlərlə qadına, yaralanan daha çox qadına, ağlasığmaz dəhşətlər yaşayan və hələ də müqavimət göstərən qadınlara. Köçkün, ac, yasda olan, dul və şikəst qadınlara. Anasız qalan qızlara və övladının balaca kəfənini hər gün tutan analara. Özünü və hər kəsi bir arada tutan Qəzzadan olan qadın həkim və tibb bacılarına. 

Mən onu müvəqqəti çadırlarda və bombalanmış binalarda yeni nəslə təhsil verən alimlərə, mühəndislərə, akademiklərə və müəllimlərə həsr etmək istəyirəm". Ni Qhralaigh çıxışında Qəzza hadisələri haqqında məlumat verən jurnalist və yazıçıların səylərini yüksək qiymətləndirərək, mükafatını həm də Qəzzada soyqırımı dərc edən “yazıçılar, şairlər, rəssamlar, musiqiçilər, qadın jurnalistlərə” həsr etdiyini bildirib. 

Seçilən
7
cebheinfo.az

1Mənbələr