AZ

Atəşkəsin ömrü “Hizbullah” təşkilatından asılı olacaq



Livanla İsrail arasındakı atəşkəsin ömrü “Hizbullah” təşkilatından asılı olacaq. Əgər bu təşkilat İsrail ərazisinə raket atarsa, Tel-Əviv atəşkəsə riayət etməyərək yenidən qonşu ölkəyə hücuma keçəcək. İsrail son bir neçə ayda “Hizbullah”ı xeyli zəiflədib, rəhbərliyini və komandirlərinin çoxunu öldürüb. “Hizbullah” bu vəziyyətdə Livanın cənubunu tərk edəcəyini bildirib. Həmin ərazidə Livan ordusu yerləşməlidir. Ancaq kim zəmanət verər ki, İran “Hizbullah”ı yenidən silahlandıraraq, təşkilatın əvvəlki gücünü qaytarmağa yardımçı olmayacaq? İsraillə “Hizbullah” 2006-cı ildə də atəşkəsə razılaşmışdılar, riayət olunmadı. Bu dəfə fərq ondan ibarətdir ki, hazırki “Hizbullah” 18 il əvvəlki “Hizbullah”dan xeyli zəifdir. Ancaq İrandakı qüvvələr üçün bu zəifliyi aradan qaldırmaq üçün bir neçə il tələb oluna bilər. Bu halda atəşkəs yenidən pozulacaq. Bu baş verməsin deyə ABŞ və Fransa Livan ordusunu gücləndirməyə çalışacaqlar. Çünki zəifləyən “Hizbullah” indiki vəziyyətdə belə Livan ordusundan güclüdür. Ümumiyyətlə Yaxın Şərqdəki problemlərin həlli İsrailin Fələstin dövlətini tanımasından keçir. Bu baş vermədən Yaxın Şərq barıt çəlləyi olaraq qalacaq.

Elxan ŞAHİNOĞLU
Seçilən
11
1
newscenter.az

2Mənbələr