AZ

Ağrıkəsicilərin müntəzəm istifadəsi  mədə zədələnməsinə səbəb olur

Ağrıkəsicilərin Ağrıkəsicilərin müntəzəm istifadəsi

İnsanların çoxu ağrıkəsicilərdən istifadə edir. Belə müntəzəm və nəzarətsiz istifadə mədə-bağırsaq traktına mənfi təsir göstərə bilər, mədə və onikibarmaq bağırsağın selikli qişasında eroziv və xoralı dəyişikliklərin yaranmasını sürətləndirir.

E-saglam.az xəbər verir ki, qastroenteroloq tibb elmləri doktoru Sergey Tixonov mütəmadi olaraq ağrıkəsici qəbul etməyin təhlükələri barədə danışıb.

Mütəxəssisin sözlərinə görə, ağrı sindromlarından xilas olmaq üçün bir çox insanlar tez-tez analjezik təsiri olan məşhur dərmanlara, məsələn, qeyri-steroid iltihabəleyhinə dərmanlara (NSAİİ) müraciət edirlər.

“Bu dərmanlar ağrıları effektiv şəkildə yatırır. Lakin mədə-bağırsaq traktına mənfi təsir edərək müxtəlif problemlər yaradır. Onların istifadəsi mədə və onikibarmaq bağırsağın selikli qişasının zədələnmə ehtimalını kəskin şəkildə artırır”, - deyə o bildirib.

Onun sözlərinə görə, bu cür həblər iltihabı və ağrıları azalda bilər, eyni zamanda selikli qişanın qoruyucu funksiyalarını azaldır, qan tədarükünü pozur və qoruyucu selik istehsalını azaldır. Nəticədə turşu mədə şirəsi, öd və digər aqressiv maddələr mədə-bağırsaq traktının selikli qişasını zədələyə bilər.

“Mütəmadi olaraq ağrıkəsici qəbul etmək sağlamlığınız üçün təhlükəlidir. Ancaq onlarsız edə bilmirsinizsə, mədə şirəsinin aqressiv təsirini azaldan və selikli qişanı zədələnmədən qoruyan proton pompası inhibitorları qrupundan olan xüsusi dərmanlarla mədə-bağırsaq traktını qorumaq vacibdir", - deyə Tixonov əlavə edib. (lent.az)

E-saglam.az 

Seçilən
10
e-saglam.az

1Mənbələr