AZ

"İndiki "Lion"la mən oynadığım komanda arasında çox böyük fərq var" - Yassin Benzia

UEFA Avropa Liqasının Liqa mərhələsinin V turunda Bakıda "Olimpik Lion"la (Fransa) üz-üzə gələcək "Qarabağ"ın yarımmüdafiəçisi Yassin Benzia oyundan öncə keçirilən mətbuat konfransında fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi qarşılaşmanın onun üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayıb:

"Bu rəqiblə oyun maraqlı olacaq. İndiki "Lion"la mən oynadığım komanda arasında çox böyük fərq var. Mən oynadığım dönəmdə də yaxşı performans göstərirdi, indi də yüksək səviyyəli kollektivdir. "Qarabağ" sözünün mənası bizim üçün xüsusi əhəmiyyət daşıyır. Ona görə də klubun uğurları üçün əlimizdən gələni etməliyik. Baş məşqçimiz Qurban Qurbanov da çox güclü mütəxəssisdir".

Qeyd edək ki, noyabrın 28-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq "Qarabağ" - "Olimpik Lion" matçının saat 21:45-də səsləndiriləcək. Benzia 2011-2015-ci illər aralığında Liqa 1 təmsilçisinin uğurları üçün çalışıb.

Seçilən
3
fanat.az

1Mənbələr