AZ

Nigar Zümrüdlə barışdı!

Əməkdar artist Nigar Şabanova aparıcısı Zümrüd Bədəlova ilə barışıb.

OLAY yazır ki, barışıq sənətçinin qonaq olduğu “Gün ortası” verilişində baş tutub.

Nigar bildirib ki, Zümrüdlə aralarında anlaşılmazlıq olub:

“Uzun zaman sonra xoş gördük. Olur da, hamının arasında söz-söhbət olur. Əsas odur ki, sözü elə deyəsən ki, sabah üz-üzə gələndə barışmağa yer qoyasan. Düşünürəm ki, bizim aramızda anlaşılmazlıq olmuşdu. Biz aramızda yaşanan o məsələdən sonra danışmamışıq”.

Qeyd edək ki, Zümrüd Bədəlovanın Nigar Şabanovadan inciməsinə səbəb Nigarın boşanma xəbərini birinci ona söyləməməsi, bu barədə proqramda danışmaq istəməməsi olub. Bundan sonra Nigar qonaq olduğu digər verilişlərdə həm şəxsi həyatından danışıb həmdə Zümrüdlə bu mövzuya görə küsülülüyünü dilə gətirib.

Seçilən
9
6
olay.az

7Mənbələr