Bakı. Trend:
Prezident İlham Əliyev “Torpaq icarəsi haqqında” AzərbaycanRespublikasının Qanununda dəyişiklik edilməsi barədə AzərbaycanRespublikasının Qanunu təsdiqləyib.
Trend xəbər verir ki, qanunaəsasən, işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatı təyinatlıtorpaqlar sahibkarlıq subyektlərinə müvafiq icra hakimiyyətiorqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydadainvestisiya müsabiqələri vasitəsilə icarəyə veriləcək.
Belə ki, əmin ərazilərdə əhalinin məskunlaşdığı kənd və qəsəbəərazi vahidlərinin sərhədləri daxilində yaşayış məntəqələrinə yaxınkənd təsərrüfatı təyinatlı torpaqlar müvafiq icra hakimiyyətiorqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydadakənd və qəsəbə sakinlərinə (birillik və çoxillik əkinlərinaparılması üçün) güzəştli şərtlərlə icarəyə veriləcək.