AZ

11 yaşlı qızına təcavüzdə şübhəli bilinən polis polkovniki SAXLANILDI – FOTO

Samara polis polkovniki öz qızına təcavüz etməkdə şübhəli bilinərək saxlanılıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Bildirilir ki, Samarada polis polkovniki öz qızına təcavüz etməkdə şübhəli bilinərək həbs olunub.

11 yaşlı qız zorakılığa məruz qaldıqdan sonra intihara cəhd edib və xəstəxanada dünyasını dəyişib. Məktəbli qızın valideynlərinin boşandığı, anası ilə yaşadığı, lakin həftə sonları atasının yanına getdiyi bildirilir.

Rusiya Daxili İşlər Nazirliyinin Srednevoljski nəqliyyat şöbəsinin rəisinə qarşı “Seksual xarakterli zorakılıq hərəkətləri” və “Özünü öldürmə həddinə çatdırma” maddələri ilə iki cinayət işi açılıb.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
11
interpress.az

1Mənbələr